...

Azərbaycan neftinin qiymətləri: 24-28 noyabr həftəsinin yekunları

Energetika Materials 1 Dekabr 2014 12:10 (UTC +04:00)
Trend-in məlumatına görə, 24-28 noyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 82,14, minimum isə 73,36 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 24-28 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 24-28 noyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti təxminən 78,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,2 dollar/barel azdır.

Trend-in məlumatına görə, 24-28 noyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 82,14, minimum isə 73,36 dollar/barel təşkil edib.

24-28 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti təxminən 73,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,14 dollar/barel çoxdur.

Ötən həftə URALS-ın qiyməti maksimum 77,42, minimum isə 69,24 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

24-28 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 75,35 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 2,26 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 79,34 dollar, minimum isə 70,69 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti