Bakı. Trend:
Almaniya, Böyük Britaniya və Fransa liderlərinin təhlükəsizlik üzrə müşavirləri danışıqlar aparmaq üçün ABŞ-a səfərə yola düşüblər.
Trend-in məlumatına görə, bu barədə "Die Welt" qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Almaniya kansleri Olaf Şolzun xarici işlər və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Ploetner məsləhətləşmələr üçün cümə günü təcili olaraq Vaşinqtona səfər edib. O, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilə birlikdə Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ilə görüşəcək. Qeyd edilib ki, görüşdə Fransa prezidentinin xarici əlaqələr üzrə müşaviri Emmanuel Bonne də iştirak edəcək.
Bildirilib ki, bu məsləhətləşmələr Ukraynada atəşkəslə bağlı danışıqların kritik məqamında baş tutacaq. Avropalılar indiyədək yalnız ABŞ prezidenti Donald Trampın komandası ilə Rusiya və Ukrayna tərəfləri arasında aparılan birbaşa danışıqlarda iştirak etmirlər.