...

Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər – İCMAL

İqtisadiyyat Materials 15 Mart 2025 10:17 (UTC +04:00)
Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər – İCMAL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilib.

Trend-in məlumatına görə, keçən həftə həm də Bakıda 1-ci Milli Maliyyə Əlçatanlığı Forumu keçirilib.

Forumda məlum olub ki, Azərbaycanın iqtisadi rayonlarında da Maliyyə Əlçatanlığı Forumu keçiriləcək. Forumda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmisi maliyyə əlçatanlığının genişləndirilməsindən bəhs edib. Bundan başqa, Azərbaycanda investorlar tərəfindən idarə olunan aktivlərin dəyərinin artırılacağı qeyd edilib.

Maliyyə Əlçatanlığı Forumunda azad olunmuş ərazilərdə 22 layihə üzrə kommersiya kreditlərinin ümumi məbləği açıqlanıb. O da məlum olub ki, bu ildən etibarən Sahibkarlığın İnkişafı Fondu iki yeni prioritet istiqamət üzrə güzəştli kredit ayıracaq.

Həmçinin ötən həftə Bakıda 12-ci Beynəlxalq Xəzər İnvestisiya Forumu keçirilib. Məlum olub ki, Azərbaycanda qiymətli kağızlar bazarı ilə bağlı yeni layihəyə başlanılıb. Forumda bildirilib ki, Azərbaycan Mərkəzi Bankı emissiya prospektləri ilə bağlı yeni hədəflər müəyyənləşdirir. Eyni zamanda Azərbaycanın kapital bazarlarının beynəlxalq platformalara daha sıx inteqrasiyasının prioritet olduğu qeyd olunub.

Bakıda Moskva şirkətlərinin biznes-missiyası keçirilib.

Keçən həftə AMB uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 1,5% ucuzlaşıb. Azərbaycanda inflyasiyanı artıra biləcək risk faktorları açıqlanıb. Ötən il cari əməliyyatlar balansının profisiti ÜDM-in 6.3%-ni təşkil etdiyi məlum olub.

Azərbaycanda fevralda illik inflyasiya 5,5% olub. Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşu 24,8 % azalıb.

Azərbaycanda kommersiya qurumlarının sayı 8%-dən çox artıb. Naxçıvanda sahibkarlara verilən icazələrin sayı 26 dəfə artıb. Azərbaycanda 5 ildə özəlləşdirmədən dövlət büdcəsinə daxil olan vəsait açıqlanıb. Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb. Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 15,4 faiz artıb. Ötən ay Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı 55 minə çatıb.

Eyni zamanda məlum olub ki, Azərbaycanda 2 ayda yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 4 milyard manata yaxınlaşıb. Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 60 faiz artıb. Sosial sığorta haqları üzrə daxilolmalar 100 milyon manata yaxın artıb. Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb. Bu il Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş kreditlərin sahələr üzrə bölgüsü açıqlanıb.

Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı çərçivəsində kapital bazarının inkişafına dəstək göstərməyə hazır olduqlarını və gələcəkdə yerli bazarın qlobal maliyyə sisteminə inteqrasiyasına töhfə vermək məqsədilə birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti