...

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

İqtisadiyyat Materials 12 Mart 2025 10:44 (UTC +04:00)
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı cari ilin mart ayının 1-nə 1.862.981 olub.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2019-cu ilin əvvəli ilə müqayisədə 461.066 vahid artıb.

Bununla yanaşı, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 435.264 vahid artaraq, 975.186 təşkil edib.

“İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbir nəticəsində bağlanmış əmək müqavilələrinin sayı artır.

Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti