...

Çempionlar Liqasında ən çox qazanan klubların siyahısı açıqlanıb

İdman Materials 15 Mart 2025 07:33 (UTC +04:00)
Çempionlar Liqasında ən çox qazanan klubların siyahısı açıqlanıb

Bakı. Trend:

Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.

Trend-in məlumatına görə, turnirdə ən çox qazanan komanda "Bavariya" olub – Münhen təmsilçisi 106 milyon avro gəlir əldə edib.

PSJ və "İnter" siyahıda növbəti pillələrdə qərarlaşıb. 1/4 finala yüksələn komandalar arasında ən az qazanc əldə edən isə "Aston Villa" olub – 83,7 milyon avro.

Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar aşağıdakılardır:

  • "Bavariya" – 106 milyon avro
  • PSJ – 104,4 milyon avro
  • "İnter" – 103,1 milyon avro
  • "Borussiya" D – 102,2 milyon avro
  • "Arsenal" – 102 milyon avro
  • "Real Madrid" – 101,8 milyon avro
  • "Barselona" – 101,6 milyon avro

Qeyd edək ki, 2024/2025 mövsümündə Çempionlar Liqasının büdcəsi 2,47 milyard avro təşkil edir. Bu vəsait turnirdə iştirak edən 36 komanda arasında nəticələrə əsasən bölüşdürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti