Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Emil İsmayılov/
"Azərenerji" ASC yanvar-noyabr aylarında 20,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend ASC-yə istinadən məlumat verir.
Ötən ilin eyni dövründə bu göstərici 19,3 milyard kilovat-saatı ötüb.
Məlumata əsasən, noyabrda ASC-nin elektrik stansiyaları tərəfindən 2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin analoji dövründə 1,8 milyard kilovat-saat təşkil edib.