...

Azərbaycan neftinin qiymətləri: 8-12 dekabr həftəsinin yekunları

Energetika Materials 15 Dekabr 2014 12:25 (UTC +04:00)
Ötən həftə - 8-12 dekabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti təxminən 65,69 dollar/barel təşkil edib
Azərbaycan neftinin qiymətləri: 8-12 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 8-12 dekabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti təxminən 65,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 6,43 dollar/barel azdır.

Trend-in məlumatına görə, 8-12 dekabr həftəsində AZERI LT-nin qiyməti maksimum 67,79, minimum isə 62,94 dollar/barel təşkil edib.

8-12 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti təxminən 61,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 6,19 dollar/barel azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 77,42, minimum isə 69,24 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

8-12 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 75,35 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 2,26 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 63,99 dollar, minimum isə 59,11 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti