...

Ağsu rayonunun 4 kəndi də ilk dəfə qaz gördü

Energetika Materials 12 Fevral 2015 15:31 (UTC +04:00)
Bu gün Ağsu rayonunun Nəmirli, Kalağaylı, Bənəcik və Gursulu kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Ağsu rayonunun 4 kəndi də ilk dəfə qaz gördü

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Bu gün Ağsu rayonunun Nəmirli, Kalağaylı, Bənəcik və Gursulu kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Bildirilib ki, 64 abonenti olan Nəmirli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 243 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 64 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

52 abonenti olan Kalağaylı kəndinə təbii qazın verilməsi məqsədi ilə birpilləli sistem əsasında 3104 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 52 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

51 abonenti olan Gursulu kəndinin qazlaşdırılması məqsədilə isə birpilləli sistem əsasında ümumilikdə 3125 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 51 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

28 abonentlik Bənəcik kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 4380 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 28 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən kənd ağsaqqalları yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti