...

SOCAR Ukraynada daha bir YDM istifadəyə verib (FOTO)

Energetika Materials 17 Mart 2015 18:58 (UTC +04:00)
SOCAR Ukraynanın cənubunda daha bir yanacaqdoldurma stansiyası istifadəyə verib.
SOCAR Ukraynada daha bir YDM istifadəyə verib (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

SOCAR Ukraynanın cənubunda iri sənaye mərkəzi kimi tanınan Nikolayev vilayətində yolkənarı infrastrukturun inkişafını davam etdirir.

Trend-in Şirkətin saytına istinadən verdiyi məlumata görə, bu yaxınlarda vilayətdə "SOCAR" brendi ilə fəaliyyət göstərən sayca 7-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Nikolayev şəhərinin iki yaşayış mikrorayonunu birləşdirən yolun üzərində yerləşən stansiya SOCAR-ın Ukraynada üzən yanacaqdoldurma məntəqələri də daxil olmaqla 50-ci brend aktividir.

Yeni YDM-də Polşa, Litva və Belarusun aparıcı neft emalı zavodlarında "Avro-5" ekoloji standartlarına uyğun istehsal olunmuş yanacaq - A-92, A-95, A-95 "Nano" benzinləri, "Nano" dizel yanacağı və mayeləşdirilmiş qaz reallaşdırılır. Təkərlərin doldurulması, avtomobillərin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təchizatı, avtomobil dayanacağı kimi xidmətlər pulsuzdur. YDM ərazisində fəaliyyət göstərən kafedə müştərilərə Azərbaycan milli mətbəxinin nümunələri təklif olunur. Ödəniş nağd pulla, bank və yanacaq kartları, həmçinin "Level" bonus kartları ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti