...

2,03 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb

Energetika Materials 3 Aprel 2015 18:39 (UTC +04:00)
2015-ci ilin mart ayı ərzində 2 milyon 037 min 735 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
2,03 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

2015-ci ilin mart ayı ərzində 2 milyon 037 min 735 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu həcmin 1 milyon 226 min 279 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 6 milyon 862 min 055 ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara verilən gündən 2015-ci il aprelin 1-dək Ceyhan limanından 268 milyon 801 min 145 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

2015-ci ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 521 min 925 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 222 min 202 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il aprelin 1-dək BTC-yə 271 milyon 062 min 048 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin mart ayında BTC kəməri ilə 374 min 500 ton Qazaxıstan və 300 min 333 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti