...

"Azərbaycan regionun mərkəzinə çevrilib"

Energetika Materials 30 Aprel 2015 16:24 (UTC +04:00)
Azərbaycan bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə böyük uğurlara nail olub və Qafqazın mərkəzinə çevrilib.
"Azərbaycan regionun mərkəzinə çevrilib"

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə böyük uğurlara nail olub və Qafqazın mərkəzinə çevrilib. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin sabiq Prezidenti Abdullah Gül bildirib.

O vurğulayıb ki, Bakı öz enerji imkanları ilə daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan tarixi şəhərdir.

A.Gül deyib ki, Ankara Azərbaycanın uğurlarını izləyir və bundan fərəhlənir: "Bakı bölgədə siyasi və mədəni hadisələrin mərkəzinə çevrilir".

Sabiq dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfindən koordinasiya olunan layihələri vacib qiymətləndirir. O bu layihələr sırasında "Cənub Qaz Dəhlizi" və Bakı-Tbilisi-Qars dəmiryolu magistralının rolunu xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti