...

Azərbaycan neftinin qiymətləri: 27 aprel-1 may həftəsinin yekunları

Energetika Materials 4 May 2015 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Maksim Tsurkov/

Ötən həftə - 27 aprel-1 may tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 66,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,89 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 27 aprel-1 may həftəsində AZERI LT-nin qiyməti maksimum 66,87, minimum isə 65,31 dollar/barel təşkil edib.

27 aprel-1 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 63,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,54 dollar/barel çoxdur.

27 aprel-1 may həftəsində URALS-ın qiyməti maksimum 63,64, minimum isə 62,44 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

27 aprel-1 may həftəsində "Brent Dated" növünün orta qiyməti 63,73 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 2,05 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 64,42 dollar, minimum isə 62,8 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti