...

Azərbaycan neftinin qiymətləri: 18-22 may həftəsinin yekunları

Energetika Materials 23 May 2015 14:04 (UTC +04:00)
Ötən həftə - 18-22 may tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 66,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 18-22 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Maksim Tsurkov/

Ötən həftə - mayın 18-22-də Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 66,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 67,36, minimum isə 65,23 dollar/barel təşkil edib.

Mayın 18-22-də Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 62,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,4 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 63,78, minimum isə 61,44 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

Mayın 18 -22-də "Brent Dated" növünün orta qiyməti 64,46 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 0,7 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 65,65 dollar, minimum isə 63,53 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti