...

Kolatana qaz verildi

Energetika Materials 25 May 2015 15:27 (UTC +04:00)
Masallı rayonunun Kolatan kəndinə təbii qaz verilmişdir
Kolatana qaz verildi

Azərbaycan, Bakı, 25 may /Trend/

Bu gün Masallı rayonunun Kolatan kəndinə təbii qazın verilişi bərpa olunub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 1084 abonenti olan Kolatan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 50 297 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1084 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qaz verilişinin bərpa olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti