...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 28 May 2015 12:53 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 63,64 dollar/barel təşkil edib.
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Ənvər Məmmədov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 63,64 dollar/barel təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) cümə axşamı Trend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən nisbətən 0,47 dollar/barel azalıb.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" nefti Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

SOCAR-dan bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 62,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.

Azərbaycan neftinin URALS növü Novorossiysk limanından satılır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 27-də 60,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti mayın 27-də 61,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,26 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti