...

Daha 4 kəndə ilk dəfə təbii qaz verildi

Energetika Materials 8 İyun 2015 20:15 (UTC +04:00)
İmişli rayonunun Məmmədli və Oruclu kəndlərinə, Yevlax rayonunun isə Əcəmi və Aşağı Salamabad kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib.
Daha 4 kəndə ilk dəfə təbii qaz verildi

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İmişli rayonunun Məmmədli və Oruclu kəndlərinə, Yevlax rayonunun isə Əcəmi və Aşağı Salamabad kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, açılış mərasimlərində həmin rayonların İcra hakimiyyətlərinin, "Azəriqaz" İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 180 abonenti olan İmişli rayonun Məmmədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9801 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 180 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 347 abonenti olan Oruclu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 925 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 347 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun 154 abonenti olan Əcəmi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2686 metr polietilen və 9677 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 154 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 219 abonenti olan Aşağı Salamabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 047 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti