...

"Azəriqaz" iyunda da yaxşı yığıb

Energetika Materials 10 İyul 2015 16:29 (UTC +04:00)
2015-ci ilin iyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 127 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1 624-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 3 503-ü isə regionların payına düşüb.
"Azəriqaz" iyunda da yaxşı yığıb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

2015-ci ilin iyun ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 5 127 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1 624-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 3 503-ü isə regionların payına düşüb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, həmin dövrdə əhali sektoru üzrə 72 537 868 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 136,5 faiz vəsait toplanıb. Qeyri-əhali sektoru üzrə isə 104 967 743 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 108,6 faiz vəsait toplanıb.

Qeyd edək ki, 1 iyul 2015-ci il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 123 964 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 324 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti