Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Maksim Tsurkov/
Ötən həftə (6 iyul - 10 iyul) Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 59,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,89 dollar/barel azdır.
Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 60,4, minimum isə 57,29 dollar/barel təşkil edib.
6 iyul - 10 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 55,43dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 4,32 dollar/barel azdır.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 56,48, minimum isə 53,8 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
6 iyul - 10 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 56,6 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 4,03 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 58,03 dollar, minimum isə 54,73 dollar/barel təşkil edib.