...

Azərbaycan neftinin qiymətləri: 13 - 17 iyul həftəsinin yekunları

Energetika Materials 20 İyul 2015 14:03 (UTC +04:00)
Ötən həftə (13 iyul - 17 iyul) Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 59,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,69 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 13 - 17 iyul həftəsinin yekunları

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir Azad Həsənli/

Ötən həftə (13 iyul - 17 iyul) Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 59,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,69 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 60,7, minimum isə 58,88 dollar/barel təşkil edib.

13 iyul - 17 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 55,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,09 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 56,07, minimum isə 55,43 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

13 iyul - 17 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 57,26 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,66 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 57,59 dollar, minimum isə 56,48 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti