...

Azərbaycan neftinin qiymətləri: 20 - 24 iyul həftəsinin yekunları

Energetika Materials 25 İyul 2015 12:51 (UTC +04:00)
Ötən həftə (20-24 iyul) Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 57,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,8 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 20 - 24 iyul həftəsinin yekunları

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Maksim Tsurkov/

Ötən həftə (20-24 iyul) Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 57,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,8 dollar/barel azdır. Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 58,68, minimum isə 56,09 dollar/barel təşkil edib.

20-24 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 53,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 54,32, minimum isə 51,53 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

20-24 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 55,91 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,35 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 56,55 dollar, minimum isə 56,58 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti