...

"Cənub Qaz Dəhlizi"nin nizamnamə kapitalı 2,4 dəfə artırılıb

Energetika Materials 28 İyul 2015 15:27 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” QSC-nin Müşahidə Şurası və Ümumi Yığıncağının qərarlarına əsasən Cəmiyyətin nizamnamə kapitalı 725 milyon ABŞ dolları məbləğinə qədər artırılıb.
"Cənub Qaz Dəhlizi"nin nizamnamə kapitalı 2,4 dəfə artırılıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Azad Həsənli/

"Cənub Qaz Dəhlizi" QSC-nin Müşahidə Şurası və Ümumi Yığıncağının qərarlarına əsasən Cəmiyyətin nizamnamə kapitalı 725 milyon ABŞ dolları məbləğinə qədər artırılıb.

Bu barədə Trend Azərbaycan Respublikası Dövlət Neft Fondunun saytına istinadən məlumat verir.

QSC-nin ilkin kapitalı 100 milyon dollar təşkil edirdi. 2015-ci ilin fevralında isə QSC-nin səhmlərinin nominal dəyərinin dəyişməsi nəticəsində Cəmiyyətin kapitalı 300 milyon dollara çatdırılmışdı.

Məlumata əsasən, Dövlət Neft Fondu tərəfindən QSC-nin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 369,75 milyon ABŞ dolları (51 faiz) vəsait ayrılıb, o cümlədən 2015-ci ilin 1-ci yarısı üzrə Dövlət Neft Fondu tərəfindən 318,75 milyon ABŞ dolları İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət xəzinədarlığındakı müvafiq hesabına köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti