Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Azad Həsənli/
2015-ci ilin I yarımilində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsaslı məsrəflərinin həcmi 15 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin analoji dövründə 61,4 milyon dollar olub.
Trend xəbər verir ki, bu barədə 2015-ci ilin ilk altı ayı ərzində BP şirkətinin Azərbaycandakı fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatında deyilir.
Hesabata əsasən, bu ilin yanvar-iyun aylarında neft kəmərində əməliyyat məsrəflərinin həcmi 73 milyon dollar təşkil edib.