...

Azərbaycanda enerji layihələri üzrə tərəfdaşların cari xərcləri 1 milyard dolları üstələyib

Energetika Materials 17 Avqust 2015 08:45 (UTC +04:00)
2015-ci ilin I yarısında Britaniyanın BP şirkəti Azərbaycanda layihələri çərçivəsində sifarişlər və podrat işlərinin yerinə yetirilməsinə 1,142 milyard dollar xərcləyib. Ötən ilin eyni dövründə bu göstərici 969 milyon dollar olub.
Azərbaycanda enerji layihələri üzrə tərəfdaşların cari xərcləri 1 milyard dolları üstələyib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin I yarısında Britaniyanın BP şirkəti Azərbaycanda layihələri çərçivəsində sifarişlər və podrat işlərinin yerinə yetirilməsinə 1,142 milyard dollar xərcləyib. Ötən ilin eyni dövründə bu göstərici 969 milyon dollar olub.

Trend xəbər verir ki, bu barədə BP-nin 2015-ci il yanvar-iyun aylarında Azərbaycanda fəaliyyətinin yekunlarına həsr edilmiş hesabatında deyilir.

Hesabata əsasən, kiçik və orta müəssisələrin podratçılarının (fiziki şəxslər də daxil olmaqla 185 ədəd) xərcləri 310 milyon dollar, dövlət şirkətlərinin (29 şirkət) xərcləri 54 milyon dollar, yerli tərəfdaşı olan birgə müəssisələrin (13 müəssisə) xərcləri 443 milyon dollar təşkil edib.

2015-ci ilin I yarısında ölkə daxilində xarici podratçıların xərcləri 335 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti