...

Azərbaycan elektrik enerjisi ixracını azaldıb

Energetika Materials 16 Avqust 2015 22:00 (UTC +04:00)
Azərbaycan 2015-ci ilin yanvar-iyul aylarında 210,76 milyon kilovat/saat elektrik enerjisi ixrac edib.
Azərbaycan elektrik enerjisi ixracını azaldıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Azad Həsənli/

Azərbaycan 2015-ci ilin yanvar-iyul aylarında 210,76 milyon kilovat/saat elektrik enerjisi ixrac edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.

Ötən ilin ilk yeddi ayında isə 383,45 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Azərbaycanın ixrac etdiyi elektrik enerjisi 2015-ci ilin yeddi ayında 12,8 milyon, 2014-cü ilin ilk yeddi ayında isə 18,6 milyon dollar dəyərində olub.

2014-cü ildə Azərbaycan 588,32 milyon, 2013-cü ildə isə 595,67 min kilovat/saat elektrik enerjisi ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti