Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Bu il 170 yaşayış məntəqəsi qazlaşdırılıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin 8 ayı ərzində 7962 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 377 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust ayları ərzində respublikanın 170 yaşayış məntəqəsi qazlaşdırılıb.