Azərbaycan, Bakı, 7 oktyabr /Trend. müxbir Maksim Tsurkov/
SOCAR Vergilər Nazirliyində "SOCAR Dalğıc" MMC törəmə servis müəssisəsini qeydiyyatdan keçirib.
Trend-in "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, yeni şirkətin hüquqi nümayəndisi Ağalar İbrahimovdur. Nizamnamə kapitalı 100 min manat olan şirkət sentyabrın 21-də Vergilər Nazirliyində "vahid pəncərə" sistemi vasitəsilə qeydiyyatdan keçib.
MMC Bakı, Səbail rayonu, Salyan şosesi, 13-cü kilometr ünvanı üzrə qeydiyyata alınıb.
"SOCAR Dalğıc"ın Müşahidə Şurasının üzvləri Mehman Orucəliyev, Mixail Mirzəyev, İlqar Sadıqov və İlham Nəsirovdur.