...

Bu il 217 yaşayış məntəqəsinə qaz verilib

Energetika Materials 9 Oktyabr 2015 16:11 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında 217 yaşayış məntəqəsinə təbii qaz verilib.
Bu il 217 yaşayış məntəqəsinə qaz verilib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Cari ilin yanvar-sentyabr aylarında 217 yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə cari ilin 9 ayı ərzində 9218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilib. 2015-ci il oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 767 919-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti