Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Ötən həftə (12 - 16 oktyabr) ərzində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 51,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,97 dollar/barel azdır.
Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 53,99, minimum isə 50,71 dollar/barel təşkil edib.
12 - 16 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 47 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,9 dollar/barel azdır.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 48,86, minimum isə 45,92 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
12 - 16 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 49,18 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,98 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 51,08 dollar, minimum isə 48,04 dollar/barel təşkil edib.