...

SOCAR və "Qazprom" svop tədarükləri üzrə müqavilə hazırlayır

Energetika Materials 29 Oktyabr 2015 13:08 (UTC +04:00)
SOCAR Rusiyanın "Qazprom" şirkətindən hələ qaz almır.
SOCAR və "Qazprom" svop tədarükləri üzrə müqavilə hazırlayır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR Rusiyanın "Qazprom" şirkətindən hələ qaz almır. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda tərəflər bu məsələnin texniki detallarını müzakirə edirlər: "Hazırda SOCAR və "Qazprom"un danışıqları davam edir. Hazırda müqavilənin texniki detallarını hazırlayırıq, onun nə vaxt imzalanacağı hələ məlum deyil. Rusiya qazı Azəraycanın yeraltı anbarlarına vurulması məqsədilə tədarük ediləcək.

R.Abdullayev qeyd edib ki, son illər Azərbaycanda qazlaşdırma prosesi aktiv aparılır və onun səviyyəsi 99 faizi ötür: "Bu, qaza tələbatı artırır. Buna görə də Rusiyaya tədarük etdiyimiz qaz həcmini daxili bazara yönləndirdik. "Şahdəniz"də hasil edilən qaz Gürcüstan və Türkiyəyə tədarük üçün kontraktasiya edilib, buna görə də "Qazprom"la qaz svopu gələcəkdə Rusiyanın cənub regionlarını qazla təchiz etməyə, qaz anbarlarımızı yoxlamağa imkan verərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti