...

Azərbaycan neftinin qiymətləri: 2-6 noyabr həftəsinin yekunları

Energetika Materials 7 Noyabr 2015 12:22 (UTC +04:00)
Ötən həftə (2-6 noyabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 49,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,12 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 2-6 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Ötən həftə (2-6 noyabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 49,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,12 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 50,19, minimum isə 48,03 dollar/barel təşkil edib.

2-6 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 43,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,93 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 44,99, minimum isə 42,64 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

2-6 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 47,14 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,39 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 47,98 dollar, minimum isə 46,1 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti