...

Azərbaycan neftinin qiymətləri: 16-20 noyabr həftəsinin yekunları

Energetika Materials 23 Noyabr 2015 12:31 (UTC +04:00)
Ötən həftə (16-20 noyabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 43,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,44 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 16-20 noyabr həftəsinin yekunları

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (16-20 noyabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 43,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,44 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 44,78, minimum isə 42,91 dollar/barel təşkil edib.

16-20 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 38,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,95 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 39,15, minimum isə 37,38 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

16-20 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 41,69 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,99 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 42,67 dollar, minimum isə 40,39 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti