Bakı. Maksim Tsurkov - Trend:
Ötən həftə (4-8 yanvar) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 36,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,46 dollar/barel azdır.
Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 37,64, minimum isə 34 dollar/barel təşkil edib.
4-8 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 30,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,02 dollar/barel azdır.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 32,31, minimum isə 28,44 dollar/barel olub.
4-8 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 34,25 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,19 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 36,53 dollar, minimum isə 31,7 dollar/barel təşkil edib.