...

Azərbaycan neftinin qiymətləri: 1-5 fevral həftəsinin yekunları

Energetika Materials 6 Fevral 2016 12:44 (UTC +04:00)
Ötən həftə (1-5 fevral) ərzində Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 35 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,41 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 1-5 fevral həftəsinin yekunları

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (1-5 fevral) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 35 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,41 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 35,5, minimum isə 34,09 dollar/barel təşkil edib.

1-5 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 30,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,22 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 31,03, minimum isə 27,95 dollar/barel olub.

1-5 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 32,45 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,75 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 33,01 dollar, minimum isə 31,34 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti