...

Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracına başlayıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 8 Fevral 2016 15:17 (UTC +04:00)
Fevralın 7-dən başlayaraq Azərbaycan Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə elektrik enerjisi ixracına başlayıb.
Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracına başlayıb (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

Fevralın 7-dən başlayaraq Azərbaycan Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə elektrik enerjisi ixracına başlayıb. Bunu Trend-ə Azərbaycanın Energetika Nazirliyindən bildiriblər: "Fevralın 7-dəb başlayaraq sutkada təxminən 80 meqavatt elektrik enerjisinin Azərbaycandan Türkiyəyə ötürülməsinə başlanılıb".

Elektrik enerjisinin ixracı "Azərbaycan-GÜrcüstan-Türkiyə" enerji körpüsü vasitəsilə həyata keçirilir.

Bu layihədə Gürcüstan da elektrik enerjisi ixrac edən tranzit ölkə qismində iştirak edir. Bununla Azərbaycan Türkiyənin Naxçıvan Muxtar Respublikasına verdiyi elektrik enerjisi borcunu ödəməklə, daha sonra Avropa bazarına çıxa biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti