...

Daha 2 kəndə ilk dəfə təbii qaz verilib

Energetika Materials 23 Fevral 2016 19:31 (UTC +04:00)
Fevralın 23-də Cəlilabad və Neftçala rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.
Daha 2 kəndə ilk dəfə təbii qaz verilib

Bakı. Trend:

Fevralın 23-də Cəlilabad və Neftçala rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 501 abonenti olan Əliqasımlı kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 705 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Neftçala rayonunun Yuxarı Qaramanlı kəndinə də ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, 430 abonenti olan kəndin qazlaşdırılması zamanı 34 344 metrlik polietilen və metal borulardan istifadə olunub, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti