...

Azərbaycan neftinin qiymətləri: 21-25 mart həftəsinin yekunları

Energetika Materials 28 Mart 2016 13:40 (UTC +04:00)
Ötən həftə (21-25 mart) ərzində Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 42,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,12 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 21-25 mart həftəsinin yekunları

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (21-25 mart) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 42,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,12 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 43,07, minimum isə 41,19 dollar/barel təşkil edib.

21-25 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 37,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,91 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 38,1, minimum isə 36,17 dollar/barel olub.

21-25 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 39,55 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,69 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 40,24 dollar, minimum isə 38,52 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti