...

Dərin dəniz özülündə tikinti-quraşdırma işləri davam edir (FOTO)

Energetika Materials 2 İyun 2016 15:13 (UTC +04:00)
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə 28 May adına NQÇİ-nin istismar etdiyi “Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla davam etdirir.
Dərin dəniz özülündə tikinti-quraşdırma işləri davam edir (FOTO)

Bakı. Trend:

SOCAR-ın "Neftqaztikinti" Tresti "Azneft" İstehsalat Birliyinin sifarişi ilə 28 May adına NQÇİ-nin istismar etdiyi "Günəşli" yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla davam etdirir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, sahildə hazırlanmış M1 və M1A modulları General Şıxlinski kran gəmisinə yüklənərək özülə nəql edilib və layihə yerində quraşdırılıb. Hazırda bərkitmə (qaynaq) işləri yerinə yetirilir. Bundan əlavə, M2A modulunda hər iki yarusda 600 kvadratmetrlik döşəmə təmir edilib, M3A modulunda isə bərpa işləri başa çatdırılıb. M2 və M3 modullarında təmir işləri başa çatmaq üzrədir. 2 ədəd gəmi yanalma meydançası, eləcə də 4 ədəd enib-qalxma pilləkəni sahildə hazırlanıb və quraşdırılıb.

Digər mövcud enib-qalxma pilləkənlərində isə təmir işləri davam etdirilir. 2016-cı ilin mart ayında başlanılmış tikinti-quraşdırma işlərinin cari ilin avqust ayında tamamlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti