Bakı. Ənvər Məmmədov - Trend:
Ötən həftə (30 may - 3 iyun) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 50,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,06 dollar/barel azdır.
Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 51,55, minimum isə 49,97 dollar/barel təşkil edib.
30 may - 3 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 46,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,28 dollar/barel çoxdur.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 46,85, minimum isə 45,64 dollar/barel olub.
30 may - 3 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 48,46 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,44 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 49,25 dollar, minimum isə 48,03 dollar/barel təşkil edib.