...

SOCAR-ın may ayı üzrə dövlət büdcəsinə ödənişləri 117 milyon manatdan artıq olub

Energetika Materials 13 İyun 2016 14:34 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin may ayında dövlət büdcəsinə 117 milyon 806 min manat vəsait ödənilib.
SOCAR-ın may ayı üzrə dövlət büdcəsinə ödənişləri 117 milyon manatdan artıq olub

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin may ayında dövlət büdcəsinə 117 milyon 806 min manat vəsait ödənilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumiyyətlə, cari ilin yanvar-may aylarında büdcəyə 562 milyon 781 min manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 251 min manat vəsait köçürüb.

Qeyd edək ki, bu göstərici ötən ilin may ayı ilə müqayisədə 1 milyon 3 min manat və ya 108,9 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 57 milyon 359 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti