...

Ə.Əmirov adına NQÇİ-nin elektrik təchizatı yenilənir

Energetika Materials 21 İyun 2016 09:57 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində elektrik sisteminin yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Ə.Əmirov adına NQÇİ-nin elektrik təchizatı yenilənir

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində elektrik sisteminin yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilir. Trend SOCAR-ən saytına istinadən məlumat verir ki, istismar müddəti başa çatan elektrik şəbəkələrinin, paylayıcı qurğuların, komplekt transformator məntəqələrinin yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi yekunlaşmaq üzrədir.

SOCAR-ın ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihələri əsasında “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma Bölümü tərəfindən köhnə hava elektrik ötürücü xətləri kabel xətləri ilə əvəz olunmuş, güc transformatorları quraşdırılmış, yeni yarımstansiyalar tikilərək istismara verilmiş, 94 ədəd neft quyusunun hava elektrik xətti yeni kabel xətti ilə əvəz olunmuşdur. 1 və 7 saylı neftyığma məntəqələrinin, bir neçə inzibati və operator binalarının elektrik təchizatı yeni quraşdırılmış şəbəkəyə qoşulmuşdur. Neft və qazçıxarma sahələrində müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş 10 ədəd yarımstansiya tikilmiş, 1 ədəd transformator məntəqəsi quraşdırılmışdır. Elektrik sisteminin yenidənqurulması məqsədilə hazırda “Azərişıq” ASC-ilə birlikdə 2 kV-luq elektrik şəbəkəsi 6 kV-luq elektrik şəbəkəsi ilə əvəzlənir. Tikinti-quraşdırma işlərinin cari ilin birinci yarısında başa çatması nəzərdə tutulur. NQÇİ-də elektrik enerjisinə təlabatın artması və avadanlıqların normal elektrik enerjisi ilə təminatı nəzərə alınaraq, “Azərişıq”ASC tərəfindən 510 saylı yarımstansiyada 1 ədəd 1800 kVA gücündə 35/2 kV-luq güc transformatoru 1 ədəd 4000 kVA gücündə 35/6 kV-luq güc transformatoru ilə əvəz olunmuş, nəticədə 7 ədəd yarımstansiyaya normal rejimdə gərginliyin verilməsi təmin edilmişdir.

Bundan başqa, NQÇİ-nin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin etmək məqsədilə “Azərişıq” ASC tərəfindən 517 saylı yarımstansiyanın 35 kV-luq şəbəkəsinin yenidən qurulması planlaşdırılır. Həmçinin, 3 ədəd yarımstansiyanın, 1 ədəd transformator məntəqəsinin və onlardan qidalanacaq obyektlərin yenilənməsi üzrə işlər də qrafikə uyğun davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti