...

Kaxa Kaladze: SOCAR Gürcüstanı fasiləsiz qazla təmin edir (ÖZƏL)

Energetika Materials 14 Aprel 2017 09:15 (UTC +04:00)
Gürcüstan hökuməti ilə imzalanmış memorandum çərçivəsində Azərbaycanın "SOCAR" dövlət neft şirkəti Gürcüstanın sosial sektorunda fasiləsiz qaz təminatını tam şəkildə həyata keçirir.
Kaxa Kaladze: SOCAR Gürcüstanı fasiləsiz qazla təmin edir (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Gürcüstan hökuməti ilə imzalanmış memorandum çərçivəsində Azərbaycanın "SOCAR" dövlət neft şirkəti Gürcüstanın sosial sektorunda fasiləsiz qaz təminatını tam şəkildə həyata keçirir.

Bunu özəl olaraq Trend-ə müsahibəsində Gürscüstanın energetika naziri Qaxa Kaladze deyib.

Gürcüstanlı nazir bildirib: "Azərbaycan iki boru kəməri vasitəsilə Gürcüstanın tələbatını demək olar ki, tam təmin edir. Bu qaz boruları ilə Azərbaycan Gürcüstana sutkada təxminən 10,5-11,5 milyon kubmetr qaz tədarük edir. "Şah Dəniz-2" layihəsi çərçivsəidnə bu həcmin daha da artacağı gözlənilir".

Xəbər lenti

Xəbər lenti