...

“Neft Daşları”nda yeni quyu qazılır

Energetika Materials 16 İyun 2017 16:31 (UTC +04:00)
“Neft Daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyuda qazma işlərinə başlanılıb.
“Neft Daşları”nda yeni quyu qazılır

Bakı. Trend:

“Neft Daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1820 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti