...

SOCAR Gürcüstanda meşə yanğınları ilə mübarizəyə 45 ton təyyarə yanacağı, 20 ton benzin və dizel yanacağı ayırıb

Energetika Materials 24 Avqust 2017 17:09 (UTC +04:00)
SOCAR “Borjomi meşələrini birgə xilas edək” aksiyasında fəal iştirak edir.
SOCAR Gürcüstanda meşə yanğınları ilə mübarizəyə 45 ton təyyarə yanacağı, 20 ton benzin və  dizel yanacağı ayırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

SOCAR “Borjomi meşələrini birgə xilas edək” aksiyasında fəal iştirak edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın müvafiq dövlət orqanları və biznes qurumları Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınları ilə mübarizədə fəal iştirak edir.

SOCAR-ın Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisələri də yanğının söndürülməsi məqsədi ilə qonşu ölkədə başlamış “Borjomi meşələrini xilas edək“ aksiyasına qoşulub. “SOCAR Georgia Petroleum” şirkəti Borjomi-Xaraqulsk qoruğunda baş vermiş təbii fəlakətlə mübarizə üçün 45 ton təyyarə yanacağı, 10 ton benzin və 10 ton dizel yanacağı ayırıb.

“SOCAR Georgia Petroleum” kollektivi həmçinin gələcəkdə yanğın nəticəsində məhv olmuş meşələrin bərpasında iştirak edəcəyini, yanğın söndürüldükdən sonra 2 hektar ərazidə agacların əkilməsini öz üzərinə götürməyə hazır olduqlarını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti