...

TANAP üzrə sövdələşmə ilin sonunadək yekunlaşacaq

Energetika Materials 12 Oktyabr 2017 18:31 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

"SOCAR Turkey" ilin sonunadək Transanadolu boru kəməri (TANAP) layihəsində 7 faizlik iştirak payının əldə olunmasını yekunlaşdıracaq.

Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, müəyyən ləngimələr hüquqi prosedurlarla əlaqədardır:

"Sövdələşmənin razılaşdırılması dövlət səviyyəsində aparılır, sonra səhmdarlar səviyyəsində olacaq. Bununla yanaşı, layihənin kreditorları xəbərdar edilməlidir. Yəni 20-dən çox institutun razılığı lazımdır. Razılaşdırma prosesi davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti