...

Rusiya İxrac Mərkəzi Azərbaycana ixracı dəstəkləyir (YENİLƏNİB)

Energetika Materials 25 Dekabr 2017 12:02 (UTC +04:00)
Rusiya İxrac Mərkəzinin Rusiya şirkətlərinin Azərbaycanda dəstəklənməsi üzrə portfeli 500 milyon dollara yaxın təşkil edib
Rusiya İxrac Mərkəzi Azərbaycana ixracı dəstəkləyir (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycanda fəaliyyət göstərən Rusiya şirkətlərinə dəstək üzrə portfeli təqribən 500 milyon dollar təşkil edib.

Trend-in məlumatına görə, bunu "Rusiya İxrac Mərkəzi" Şirkətlər Qrupunun rəhbəri Pyotr Fradkov mərkəzin Azərbaycandakı nümayəndəliyinin açılışı mərasimində deyib.

Onun sözlərinə görə, bu vəsaitlər iqtisadiyyatın müxtəlif sahələrinə yönləndirilib:

“Bu həm dəmiryol maşınqayırması, həm nəqliyyat sahəsində layihələr, həm də Azərbaycana investisiyaların dəstəklənməsidir. Bununla belə, biz başa düşürük ki, bizim potensialımız daha yüksəkdir. Bu nümayəndəliyin açılması onu göstərir ki, biz təkcə iri şirkətləri yox, həm də kiçik və orta biznes nümayəndələrini dəstəkləməkdə davam edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti