...

DB: TANAP Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün prioritet infrastruktur layihələrdən biridir

Energetika Materials 14 Yanvar 2018 08:00 (UTC +04:00)
2018-ci il yanvarın 1-dək Dünya Bankı Transanadolu boru kəmərinin (TANAP) tikintisi üçün nəzərdə tutulmuş kreditin 83,4 faizini və ya 667,27 milyon dollar ayırıb.
DB: TANAP Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün prioritet infrastruktur layihələrdən biridir

Bakı. Azad Həsənli - Trend:

2018-ci il yanvarın 1-dək Dünya Bankı Transanadolu boru kəmərinin (TANAP) tikintisi üçün nəzərdə tutulmuş kreditin 83,4 faizini və ya 667,27 milyon dollar ayırıb.

Trend-in məlumatına görə, bu barədə bankın statistik məlumatlarında deyilir.

2016-cı il dekabrın 20-də Dünya Bankının Direktorlar Şurası tərəfindən təsdiq olunmuş 800 milyon dollarlıq kreditin benefisiarları "Cənub Qaz Dəhlizi" QSC (Azərbaycan) və BOTAŞ (Türkiyə) olub.

Dünya Bankından Trend-ə və "Azernews" qəzetinə bildirildiyi kimi, TANAP təkcə rəqabətqabiliyyətliliyi artırmayacaq, həm də regional ticarəti inkişaf etdirəcək və Türkiyə ilə Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Bankdan qeyd olunub ki, layihə həmçinin Azərbaycana qaz satışı bazarını şaxələndirməyə, Türkiyəyə isə enerji tədarükünü təhlükəsizləşdirməyə imkan verəcək: "Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün bu, prioritet infrastruktur layihələrindən biridir".

Dünya Bankından o da əlavə olunub ki, layihə banka Azərbaycanla tərəfdaşlıqda strateji hədəflərə nail olmağa, o cümlədən ölkənin regional və Avropa enerji bazarlarına inteqrasiyasına yardım edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti