...

Azərbaycan neftinin SON QİYMƏTİ

Energetika Materials 9 Aprel 2018 23:59 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 69,13 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 69,13 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,81 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 68,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 64,49 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 66,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,69 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti