...

Azərbaycan neftinin bir bareli 75 dollara satılır

Energetika Materials 23 Aprel 2018 23:00 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,99 dollar/barel təşkil edib.
Azərbaycan neftinin bir bareli 75 dollara satılır

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,99 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,16 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 69,84 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 73,90 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti