...

ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk Cənub Qaz Dəhlizi layihəsinin iştirakçılarını təbrik edib

Energetika Materials 30 May 2018 10:59 (UTC +04:00)
Birləşmiş Ştatlarin müxtəlif administrasiyaları Cənub Qaz Dəhlizinə həm Avropanın enerji təhlükəsizliyinə verdiyi vacib töhfəyə həm də Xəzər bölgəsi, Aralıq dənizi və İraqdan olan enerji təchizatçıları üçün imkanlar yaratmasına görə güclü dəstək verib.
ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk Cənub Qaz Dəhlizi layihəsinin iştirakçılarını təbrik edib

Bakı. Trend:

Birləşmiş Ştatların dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk 29 may tarixində Azərbaycanın “Şahdəniz II” təbii qaz yatağından ilk qazın 40 milyard dollar dəyəri olan Cənub Qaz Dəhlizi layihəsinə çatdırılması mərasimində və 25-ci Xəzər Neft və Qaz Sərgisinin (COGS) açılışında iştirak edib.

Trend-in məlumatına görə, dövlət katibinin köməkçisinin müavini Oudkirk Türkiyə və Avropanın qaz təminatıni şahələndirərək onların enerji təhlükəsizliyinə təkan verən və həmçinin Avropa və dünya enerji bazarlarına inteqrasiyasi sayəsində Xəzər bölgəsi dövlətlərinə fahdalanmağa imkan yaradan mötəbər məqsədin əldə olunması münasibatilə iştirakçı ölkələri və şirkətləri təbrik edib.

S.Oudkirk Birləşmiş Ştatların hökumətinin Cənub Qaz Dəhlizinin uzunmüddətli uğuruna dair öhdəliyinin yenidən vurğulayıb və ümid edib ki, bölgənin digər dövlətləri də Avropanın qaz təchizatının diversifikasiyasına töhfə verərək Avropa ilə ticarət əlaqələrindən faydalanacaq.

Mərasimdə çıxış edən dövlət katibinin köməkçisinin müavini Oudkirk Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik ildönümünə həsr olunmuş təbrik məktubuna istinad edib: "Prezident Donald Tramp qeyd edib ki, ABŞ-ın enerji məsələləri üzrə Azərbaycanla onilllərdir etdiyi əməkdaşlıq Avropada enerji təhlükəsizliyini artırmaq üçün Cənub Qaz Dəhlizi ilə ilk qazın çatdırılması qazanılmış böyük nailiyyətlər sayəsində ən yüksək nöqtəyə çatıb".

Birləşmiş Ştatlarin müxtəlif administrasiyaları Cənub Qaz Dəhlizinə həm Avropanın enerji təhlükəsizliyinə verdiyi vacib töhfəyə həm də Xəzər bölgəsi, Aralıq dənizi və İraqdan olan enerji təchizatçıları üçün imkanlar yaratmasına görə güclü dəstək verib.

Bakıya səfəri zamanı S.Oudkirk Prezident İlham Əliyevlə və enerji şirkətləri ilə görüşmüşlər keçirərək Azərbaycanın və bölgənin enerji təhlükəsizliyinə dair müakirələr aparıb. O həmçinin regionda fəaliyyət göstərən enerji sahəsi üzrə peşəkarlar və şirkətlər üçün ABŞ-Birləşmiş Krallıq səfirlikləri tərəfindən təşkil olunan ziyafətdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti