...

Azərbaycan nefti ucuzlaşır

Energetika Materials 5 İyul 2018 04:27 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 78,44 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşır

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 78,44 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,79 dollar dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 3-də 77,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,78 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 3-də 74,54 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 3-də 75,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti